Yeni qüvvəyə minmiş qanunvericiliyə əsasən Vergi Uçotu təliminə qeydiyyat başladı. Vergi sahəsi üzrə peşəkar olmaq, vergi məsələlərini asanlıqla həll etmək istəyən şəxslər, qeydiyyatdan keçməyə tələsin!
Təlim müddəti: 32 saat
Təlimin ödəniş məbləği: 450 AZN
Təlim proqramı:
1. Vergi məcəlləsinin ümumi hissəsinin izah edilməsi.
2. Vergi məcəlləsinin xüsusi hissəsinin izah edilməsi (Mənfəət, Gəlir, ƏDV, Sadələşdirilmiş, Aksiz, yol, əmlak, torpaq və mədən vergiləri)
3. Vergilər Nazirliyinin digər normativ aktları barədə izahların verilməsi
4. Praktiki olaraq, vergi orqanı ilə kargüzarlığın aparılmasının göstərilməsi
5. Praktiki olaraq, bəyannamələrin hazırlanması və göndərilməsi barədə məlumatların verilməsi.
6. www.taxes.gov.az və www.e-taxes.gov.az saytlarından ən uyğun şəkildə istifadə qaydaları
7. Bəyannamə tərtibatı proqramındakı (BTP) bütün bəyannamələrin praktiki olaraq hazırlanması
8. www.e-gov.az saytından praktiki olaraq istifadə qaydaları (həmçinin işçinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və əmək müqaviləsinin dəyişdirilməsi
9. Asan imzanın bütün növlərinin alınması və istifadə qaydaları
10. Hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasının praktiki olaraq göstərilməsi
11. Vergilər Nazirliyində uçot qaydalarının praktiki göstərilməsi (obyektin, nəzarət kassa aparatının, posterminalın qeydiyyata alınması və qeydiyyatdan çıxarılması)
12. Kameral vergi yoxlamaları barədə praktiki olaraq məlumatlandırılma, bütün növ uyğunsuzluqların aradan qaldırılması ilə bağlı edilməli hərəkətlərin öyrədilməsi
13. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin hüquq və vəzifələri, həmçinin vergi orqanının hüquq və vəzifələri barədə məlumatlandırılma
14. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və şikayətin verilməsi qaydaları
15. E-qaimə, E-VHF və Depozit əməliyyatlarının praktiki olaraq göstərilməsi
16. Vergilər Nazirliyinin xidmət mərkəzlərinə gedilərək, praktiki olaraq xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən səmərəli istifadə qaydaları
17. Vergi problemlərinin müəyyən edilməsi və həlli yolları
18. Sahibkarlıq fəaliyyəti göstərən şəxslər üçün optimal vergi tutmanın tətbiqi barədə məlumatlandırma
19. 2020-ci ildə qüvvəyə minəcək Vergi məcəlləsindəki dəyişikliklər barədə qanunvericilik layihəsi haqqında məlumatın verilməsi
Dərslərimiz “Open space” təlim metodu il təşkil olunacağı üçün ən qısa zamanda, sıxılmadan, maksimum yararlanacağınıza təminat veririk.
Qeyd edək ki, təlimi uğurla bitirən və yekun imtahandan uğurla keçən iştirakçılara Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənmiş sertifikat təqdim ediləcəkdir!
Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün aşağıdakı qeydiyyat düyməsindən, telefon nömrələrindən və ya e-poçt ünvanından istifadə edə bilərsiniz:
+994507211581
+994557131965
[email protected]
Yusif Vəzir Çəmənzəminli küç 119C, AFEN Plaza III mərtəbə