Bu müqaviləyə əsasən “Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC “TUV Austria”nın Azərbaycan Respublikasında rəsmi tərəfdaşıdır və yaxın günlərdən etibarən Beynəlxalq səviyyədə təlim və məsləhət xidmətlərinin təşkilinə başlayacaqdır.
“Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC haqqında
“Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC 2016-cı ildə Azərbaycanda fəaliyyətə başlayan peşəkar təlim-layihə mərkəzidir. “Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC reallaşdırdığı korporativ təlimlər, məsləhət və yenidənqurma xidmətləri, tədbirlər, yerli və beynəlxalq tenderlərdə iştirak edərək, qalib gəldiyi layihələr ilə daima inkişaf etməkdədir.
Mərkəz müştərilərə 150-dən artıq mütəxəssis ilə 74 mövzuda peşəkar xidmətlər təqdim etməkdədir.
Qeyd edək ki, sertifikatlaşdırma sahəsində ixtisaslaşan “TUV Austria” beynəlxalq şirkəti 1872-ci ildə yaradılıb və dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir.