TƏHSİLDƏ DAHA BİR UĞUR
Beynəlxalq Təlim və Layihə Mərkəzi olaraq cəmiyyətin maarifləndirilməsi, sağlam təhsilin verilməsi hər zaman əsas prioritet olmuşdur. Bu günə kimi yüzlərlə tələbənin, eyni zamanda işçinin təlim və təcrübə qazandığı təhsil mərkəzi öz komandasının peşəkarlığının artırılması istiqamətində bir çox tədbirlər həyata keçirməkdədir.
Bu əməkdaşlardan biri də mərkəzin Layihələrin İdarəedilməsi Departament direktoru Zəfər Həsənovdur. Zəfər Həsənov qrant layihələri üzrə ekspertdir. O, ilk magistatura təhsilini Amerikanın Mərkəzi Florida Universitetində almışdır. Əlavə olaraq, Corc Vaşinqton Biznes məktəbi tərəfindən təşkil olunan “Master Certificate in Project Management” proqramını bitirmişdir. Həyat boyu inkişaf təşəbbüsünün bir hissəsi kimi, o dünyanın aparıcı universitetlərindən olan Harvard Universiteti, Corc Vaşinqton Universiteti, Varvik Universiteti və Birləşmiş Ştatların Fövqaladə halların idərəedilməsi agentliyinin təşkil etdiyi, bir neçə icraçı səviyyədə təşkil olunan təlimlərdə və sertifikat proqramlarında iştirak etmişdir. Fəaliyyəti dövründə Azərbaycanın reytinqli universitetlərindən birində European Union Education və Audiovisual and Culture Executive Agency (EACEA) tərəfindən maliyyələşdirilən bir çox təhsillə bağlı grant layihələrin icrası, inkişaf etdirilməsi, idarə olunmasını həyata keçirmişdir.
Bu il isə Zəfər Həsənov Cambridge Universitetinin “Təhsil üzrə Liderlik və Məktəblərin İnkişafı” ixtisasının məzunu olmuşdur. Bildirmək istərdik ki, bu ixtisasa 200 nəfər tələbə qəbul olmuş və bu ixtisas üzrə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya regionları üzrə seçilən və Azərbaycanı təmsil edən yeganə şəxs Zəfər Həsənov olmuşdur.
Beynəlxalq Təlim və Layihə Mərkəzi dünyanın aparıcı universitetlərindən sayılan Oxford, Harvard və Cambridge Universitetlərinin davamlı təhsil mərkəzlərinin (Continuing Education Center) təcrübələrindən yararlanaraq, təsis edilmişdir. Mərkəzdə müasir tələblərə cavab verən təhlükəsizlik sistemləri, yanğına qarşı dedektorlar, təhlükəsizlik kameraları, mühafizə sistemi və iştirakçıların rahatlığı üçün açıq bufet, yeməkxana və kompyuter laboratoriyaları mövcuddur. Düşüncəmiz ölkəmiz adına faydalı işləri görərək, dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır. Sizlər də layihələrinizin uğurla başa çatmasından, müəssisələrinizin təlimlərinin və konsultasiya xidmətlərinin səmərəliliyindən, övladlarınızın təhsilindən tam əmin olmaq istəyirsinizsə, Beynəlxalq Təlim və Layihə Mərkəzinin peşəkar komandasına etibar edə bilərsiniz.