Şəki şəhərində “Peşəkar Mühasib və Vergi Mütəxəssisi Hazırlama” təlimi!
Şəki şəhərində yaşayıb Bakıya təlimə gələ bilməyənlər üçün əla fürsət!
Beynəlxalq Təlim və Layihə Mərkəzi sizləri Şəki şəhərində təşkil olunacaq təlimə dəvət edir!
Təlim, Beynəlxalq Təlim və Layihə Mərkəzi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə həyata keçiriləcəkdir.
Sertifikat: Təlimi uğurla bitirən və yekun imtahandan keçən iştirakçılarımıza Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənmiş sertifikat təqdim ediləcəkdir!
Təlim Proqramı:
• Müəssisələr və müəssisələrdə mühasibat uçotunun əsasları
• Maliyyə bərabərliyinin mahiyyəti və əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı
• Hesablar planı və maliyyət hesabatları formaları ilə tanışlıq
• Debet ve kredit anlayışı, əməliyyatların T-hesablarda əks olunması, İkili yazılış texnikası
• İlkin sınaq balansının hazırlanması, düzəliş qeydlərinin aparılması və müvəqqəti hesabların bağlanması
• Son sınaq balansının tərtibi və maliyyə hesabatlarının hazırlanması
• Ticarət əməliyyatları və malların uçotu
• Ehtiyatların (malların) maya dəyərinin hesablanması metodları
• Debitor, şübhəli və ümidsiz borcların mahiyyəti və uçotu
• Kreditor borclar, qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlərin mahiyyəti
• Torpaq, tikili və avadanlıqların (TTA-nın) uçotunun aparılması
• Qeyri-maddi aktivlərin və qudvilin uçotu
• Valyuta məzənnəsinin mahiyyəti və uçotu
• Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın (PVHHH) hazırlanması məqsədləri
• Bank və kassa əməliyyatlarının rəsmiləşdirilməsi
• Əmək haqqının hesablanması və ödənilməsi
Vergi kursunun proqramı: 10 saat
• Vergi məcəlləsinin ümumi hissəsinin izah edilməsi
• Vergi məcəlləsinin xüsusi hissəsinin izah edilməsi
• Vergilər Nazirliyinin digər normativ aktları barədə izahların verilməsi
• Praktiki olaraq, vergi orqanı ilə kargüzarlığın aparılmasının göstərilməsi
• Praktiki olaraq, bəyannamələrin hazırlanması və göndərilməsi barədə məlumatların verilməsi