(50 saat)
Bu təlim iştirakçıların ekonometrika elminin müasir tətbiqi üsullarından istifadə edərək biznes tədqiqatları istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Mühazirələr əsas nəzəri bilikləri, məşğələlər isə bu nəzəri biliklərin real iqtisadi göstəricilər üzərində tətbiqi biliklərini əhatə edəcək. Məşğələlər SPSS, Eviews və MS Excell proqram təminatları üzərində tətbiq ediləcək.
Təlim empirik modelləşdirmə və proqnozlaşdırmanın əsas beş istiqaməti üzərində qurulmuşdur. İlkin olaraq iqtisadi göstəricilərin statistik xüsusiyyətləri təhlil edilir. Daha sonra isə göstəricilərin xüsusiyyətinə və məqsədə uyğun olaraq metodoloqiya seçilir və tərtib edilir. Seçilmiş metodoloqiya ilə göstəricilər qiymətləndirilir, ssenari təhlilləri aparılır və proqnozlaşdırılır. Sonda isə əldə edilən nəticələr və xətaların mənbəyi təhlil edilir.
Modul – 1 Statistikanın qısa xülasəsi 5 saat
Modul – 2 Ekonometrik modelləşdirmə və proqnozlaşdırmaya ümumi baxış 5 saat
Modul – 3 Tək dəyişənli reqressiya modellərinin qiymətləndirilməsi 5 saat
Modul – 4 Çox dəyişənli reqressiya modellərinin qiymətləndirilməsi 5 saat
Modul – 5 Fərq modelləri 5 saat
Modul – 6 Diskret modellər: Probit və logit 5 saat
Modul – 7 Zaman sıralarının göstəricilərinin xüsusiyyətləri 5 saat
Modul – 8 ARIMA və ARIMAX modelləri: Box Jenkins metodoloqiyası 5 saat
Modul – 9 Vektor Avtoreqressiya modelləri (VAR) 5 saat
Modul – 10 Proqnoz qeyri-müəyyənliyinin təhlili və proqnozların birləşdirilməsi 5 saat
Toplam 50 saat