Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə təşkil etdiyimiz təlimə sizləri dəvət edirik!
Təlimin sonunda iştirakçılara Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənmiş sertifikat təqdim ediləcəkdir.
Təlim haqqında:
Mühasibatlıq təlimi: 40 saat
Vergi Uçotu təlimi: 10 saat
Təlimin başlama tarixi: 12.02.2021
Ödəniş məbləği: 450 azn
Mühasibatlıq üzrə təlim proqramı: 40 saat
• Müəssisələr və müəssisələrdə mühasibat uçotunun əsasları
• Maliyyə bərabərliyinin mahiyyəti və əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı
• Hesablar planı və maliyyət hesabatları formaları ilə tanışlıq
• Debet ve kredit anlayışı, əməliyyatların T-hesablarda əks olunması, İkili yazılış texnikası
• İlkin sınaq balansının hazırlanması, düzəliş qeydlərinin aparılması və müvəqqəti hesabların bağlanması
• Son sınaq balansının tərtibi və maliyyə hesabatlarının hazırlanması
• Ticarət əməliyyatları və malların uçotu
• Ehtiyatların (malların) maya dəyərinin hesablanması metodları
• Debitor, şübhəli və ümidsiz borcların mahiyyəti və uçotu
• Kreditor borclar, qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlərin mahiyyəti
• Torpaq, tikili və avadanlıqların (TTA-nın) uçotunun aparılması
• Qeyri-maddi aktivlərin və qudvilin uçotu
• Valyuta məzənnəsinin mahiyyəti və uçotu
• Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın (PVHHH) hazırlanması məqsədləri
• Bank və kassa əməliyyatlarının rəsmiləşdirilməsi
• Əmək haqqının hesablanması və ödənilməsi
Vergi kursunun proqramı: 10 saat
• Vergi məcəlləsinin ümumi hissəsinin izah edilməsi
• Vergi məcəlləsinin xüsusi hissəsinin izah edilməsi
• Vergilər Nazirliyinin digər normativ aktları barədə izahların verilməsi
• Praktiki olaraq, vergi orqanı ilə kargüzarlığın aparılmasının göstərilməsi
• Praktiki olaraq, bəyannamələrin hazırlanması və göndərilməsi barədə məlumatların verilməsi
Təlim bu sahədə uzun illər təcrübəyə sahib olan mütəxəssislər tərəfindən tədris ediləcəkdir.
Qeyd: Təlim canlı (üz-üzə) olaraq keçiriləcəkdir.
Əlaqə:
+994507211581
+994557131965
[email protected]
Yusif Vəzir Çəmənzəminli küç 119C, AFEN Plaza III mərtəbə